Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92149
az

Putin: Rusiya  xalqı həmişəkindən daha birdir

13:2004 İyul, 2023
111
DÜNYA
  • A

Rusiyaya qarşı hibrid müharibə aparılır.

 

Oxu24.com xəbər verir ki,bunu dövlət başçısı Vladimir Putin ŞƏT ölkələrinin Başçıları Şurasının iclasında deyib.


Rusiya lideri onu da qeyd edib ki, ölkə xalqı həmişəkindən daha çox həmrəydir. Bundan əlavə, o, Moskvaya qarşı görünməmiş və qeyri-qanuni sanksiyalar və təxribatlar adlandırıb ki, Rusiya tərəfi buna qarşıdır və buna qarşı çıxacaq.

 

"İndi faktiki olaraq bizə qarşı hibrid müharibə aparılır, qeyri-qanuni anti-Rusiya sanksiyaları görünməmiş miqyasda tətbiq olunur. Vurğulamaq istərdim ki, Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək. " -, deyə  Rusiya Prezidenti vurğulayıb.

Vladimir Putin əlavə edib ki, Moskva hətta indiki vəziyyətdə də davamlı şəkildə inkişaf etməkdə davam edir və ölkə xalqı “heç vaxt olmadığı qədər birləşib”.

"Uzun müddətdir ki, sərhədlərimizdən kənarda xarici qüvvələr tərəfindən qonşu ölkəmiz Ukraynadan faktiki olaraq düşmən dövlət olan Anti-Rusiya dövlətinin yaradılması layihəsi həyata keçirilirdi. Bu layihə səkkiz il ərzində silah-sursatla vuruldu. Donbassın mülki əhalisini və neonasist ideologiyasının əkilməsi üçün hər cür yol verdilər”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, bu, Rusiya tərəfinin təhlükəsizliyini təhlükə altına almaq və Rusiya Federasiyasının inkişafını cilovlamaq məqsədilə edilib.

İyulun 4-də Vladimir Putin videobağlantı vasitəsilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin sammitində iştirak edib. İclasa Hindistanın baş naziri Narendra Modi sədrlik edib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib
ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb