Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92140
az

Türkiyədə böyük bir Mossad şəbəkəsi üzə çıxdı: həbslər var

12:0503 İyul, 2023
55
DÜNYA
  • A

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə  İsrail casus şəbəkəsinin aşkar edildiyini açıqlayıb.

Ümumilikdə şəbəkə 56 agentdən ibarət olub.

Oxu24.com xəbər  verir  ki, bu barədə İsrailin 9-cu kanalı məlumat yayıb.

 

Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Mossad agentlərindən yeddisi həbs edilib, onların hamısı Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır. Həbs edilənlər İsrail xarici kəşfiyyatına işlədiklərini etiraf ediblər.

Türkiyə mediası şəbəkəyə Tel-Əvivdə yaşayan 24 yaşlı gəncin rəhbərlik etdiyini yazıb. Digər şeylər arasında agentlər Mossad hədəflərinin mobil telefonlarına casus proqramlar yerləşdirmək və onların avtomobillərinə gizli GPS sensorları quraşdırmaq yolu ilə adı açıqlanmayan xarici vətəndaşları izləyiblər.

Qeyd olunur ki, əks-kəşfiyyat əməkdaşları İstanbul polisinin terrorla mübarizə şöbəsi ilə birlikdə bir neçə aydır ki, şübhəlilərə qarşı əməliyyat keçirir. Agentlər Almaniya, İspaniya, Malayziya və digər ölkələrdə qeydiyyatdan keçmiş birdəfəlik telefonlardan istifadə edərək bir-biri ilə əlaqə saxlayıblar.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı