Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92138
az

Almaniya Ukraynanın NATO-ya daxil olması ilə bağlı AÇIQLAMA YAYIB

11:5103 İyul, 2023
46
  • A

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə müharibənin davam etdiyi bir vaxtda NATO Ukraynanın alyansa daxil olması sualına cavab verə bilməyəcək.


Oxu24.com xəbər verir  ki,“Vilnüs sammiti zamanı ilk dəfə olaraq dövlət və ya hökumət başçıları səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.

 

Beləliklə, Kiyev alyansın bu orqanının masasında bərabər yer tutacaq. Bu, NATO strukturlarına və proseslərinə uyğunlaşma yolunda böyük addımdır”,- deyə  Pistorius bildirib.

 

O qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberqlə son görüşlər zamanı onlar razılığa gəliblər ki, “heç bir halda alyans münaqişə tərəfinə çevrilməməlidir”.

Və buna görə də Ukraynanın üzvlük əldə etməsi məsələsi yalnız müharibə başa çatdıqdan sonra müzakirə olunacaq.

“Buna görə də Ukraynada müharibə gedən bir vaxtda Ukraynanın NATO-ya daxil olması ilə bağlı suala cavab verə bilməyəcəyik. Yalnız bundan sonra biz hamımız və hesab edirəm ki, 32 müttəfiq olacaq, İsveçlə, Ukrayna ilə birlikdə alyansa qoşulma şərtlərini həll edəcəklər”, - Almaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi