Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92081
az

Sergey Şoyqu Vaqnerin üsyanından danışdı

17:1403 İyul, 2023
77
DÜNYA
  • A

İyunun 24-də Rusiyada təşkil olunmuş silahlı üsyan silahlı qüvvələrin şəxsi heyətinin göstərdiyi anda və hərbi borcuna sadiqlik ucbatından iflasa uğradı.

 

Oxu24.com xəbər verir ki,bunu Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu idarənin konfransında deyib.

 

"Ali Baş Komandanımızın artıq dolğun cavab verdiyi daha bir suala toxunmaya bilmirəm. Söhbət iyunun 23-25-də Rusiyada sabitliyi pozmaq cəhdindən gedir. Bu planlar ilk növbədə ona görə baş tutmadı ki,Silahlı Qüvvələrin şəxsi heyəti anda və hərbi borcuna sədaqət nümayiş etdirib”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, üsyan hərbçilərin hərəkətlərinə təsir etməyib, onlar cəsarətlə və onlara tapşırılan vəzifələrin həllində fədakarlıqla davam ediblər. Şoyqu şəxsi heyətə vicdanlı xidmətlərinə görə təşəkkür edib.


Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Yevgeni Priqojinin başçılıq etdiyi Vaqner PMC döyüşçüləri Rusiyada silahlı üsyan təşkil etdilər.

Prezident Vladimir Putin ruslara müraciət edərək bildirib ki, onlar ölkəni qardaş qırğına və təslim olmağa sövq etməyə çalışırlar. Ertəsi gün Belarus prezidenti Aleksandr Lukaşenko Putinlə razılaşaraq Priqojinlə danışıqlar apardı və sonda o, Rusiya Federasiyası ərazisindən döyüşçülərin hərəkətini dayandırmağa razılaşdı. 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər