Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92046
az

Prezident İlham Əliyev Lukaşenkonu təbrik edib

11:2503 İyul, 2023
49
DÜNYA
  • A

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
 

Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.

Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət və uğurlar, Belarus Respublikasına isə firavanlıq və tərəqqi arzulayıram".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı
İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”
ABŞ dolları dəyərsizləşəcək - Maskdan PROQNOZ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO