Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91989
az

İrandan Fransa ilə bağlı ÇAĞIRIŞ

13:4802 İyul, 2023
80
DÜNYA
  • A

İran davam edən küçə hadisələri və zorakılıq aktları səbəbindən öz vətəndaşlarını zərurət olmadıqca Fransaya getməməyə çağırıb.

 

Oxu24.com xəbər verir ki,İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada ölkə vətəndaşlarına Fransada baş verənlərlə bağlı xəbərdarlıq edib.

 

Kenani, "Fransada təhlükəsizlik problemlərinə görə bu ölkədəki vətəndaşlarımızdan zərurət olmadıqca küçəyə çıxmamalarını və münaqişə bölgələrindən uzaq durmalarını xahiş edirik. İranlılar zərurət olmadıqca bu ölkəyə səyahət etməkdən çəkinməlidirlər" deyə bildirilib.

Fransa hökumətini hadisələri demokratik yollarla həll etməyə dəvət edən Kenani deyib:

“Fransa hökuməti insan ləyaqətinə, ifadə azadlığına və dinc toplaşmaq hüququna əsaslanan prinsiplərə hörmət edərək öz xalqı ilə münaqişələrə son qoymalıdır”.

Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı Nael M-ni öldürüb.

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşdular.

Gənci qətlə yetirən polis məmuru həbs edilib və məhbus kimi mühakimə olunub.

Bundan əlavə, Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərlərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib.

 

Tərcümə: Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Avropa Liqasının finalçıları məlum oldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı