Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91917
az

Türkiyə bu gündən gəmilərin boğazlardan keçməsi üçün rüsumları artırır

17:2901 İyul, 2023
101
DÜNYA
  • A

İyulun 1-dən Türkiyə hökuməti ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldıracaq.

Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq.

Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonnaj üçün 4,08 ABŞ dolları təşkil edib.

“1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.

A.Uraloğlu vurğulayıb ki, bu qərar boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA