Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91831
az

40 dərəcə isti oldu:Xeyli sayda adam öldü

14:4830 İyun, 2023
103
DÜNYA
  • A

Meksikada son həftələrdə təsirli olan istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə yüksəlib.

 

Oxu24.com xəbər verir ki,Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.

 

Ən çox itki verən ştatlardan biri olan Nuevo Leon ştatında 64, Tamaulipasda 19, Verakruzda 15 və Tabaskoda 14 nəfər həlak olub.

 

Səhiyyə Nazirliyinin açıqlamasında dünyasını dəyişənlərin yaş həddi 45-64 arasında olduğu, 112 nəfərdən 104-nün isti vurması nəticəsində dünyasını dəyişdiyi bildirilib.

 

Milli Meteorologiya Xidməti (SMN) iyunun 20-də verdiyi açıqlamada ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

 

Temperaturun 40 dərəcəni keçdiyi Meksikada "son illərin ən acınacaqlı günlərinin yaşandığı" məlumatı paylaşılıb.

 

Tərcümə: Miri Məcidli

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Müdafiə Nazirliyi Rusiyanın Ukraynada qələbəsindən niyə qorxduqlarını açıqlayıb
Pentaqon ABŞ-ın Nigerdən qoşunlarını çıxaracağını açıqlayıb
Tacikistan prezidenti Moskvaya gəlib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR