Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91779
az

Gürcüstan prezidenti ölkəyə gələn rusları təhlükə hesab edir

20:0029 İyun, 2023
111
DÜNYA
  • A

Gürcüstan prezidenti Salome Zurabişvilinin bildirib ki, Rusiya vətəndaşlarının ölkəyə nəzarətsiz daxil olması təhlükə yarada bilər. Onun fikrincə, Rusiya rəhbərliyi Gürcüstanda rusdillilərin lazımi səviyyədə qorunmadığını söyləyə bilər. 

OXU24.COM  xəbər verir ki, Zurabişvili bu barədə CNN telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, respublikaya gələn Rusiya vətəndaşlarına nəzarət edilməlidir: "Biz onların kim olduğunu bilmədən bir çox rusun Gürcüstan ərazisinə daxil olmasına icazə verə bilmərik. Biz bilirik ki, Rusiya rusdillilərin lazımi səviyyədə müdafiə olunmadığını düşünürsə, hansı təhlükələrə əl atır. Bu, Rusiyanın müdaxiləsinə səbəb ola bilər”.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin birinci rübündə ölkəyə 220 mindən çox rusiyalı səfər edib. Bu, 2022-ci illə müqayisədə 4 dəfədən çoxdur. Ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı