Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91776
az

Pakistan Qurani-Kərimin yandırılmasını "alçaq hərəkət" adlandırıb

19:2729 İyun, 2023
94
DÜNYA
  • A

Pakistan Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda bir məscidin qarşısında Qurani-Kərimin yandırılmasını "alçaq hərəkət" kimi qiymətləndirərək reaksiya verib.

 

Oxu24.com xəbər verir  ki,Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsveçin paytaxtı Stokholmda bir məscid qarşısında Qurani-Kərimin yandırılmasının şiddətlə pisləndiyi bildirilib.

 

Bəyanatda Stokholmda bir məscidin qarşısında Qurani-Kərimin yandırılması "azğınlıq" kimi qiymətləndirilib.

 

Ayrı-seçkiliyə, nifrətə və zorakılığa sövq edən bu cür qəsdən hərəkətlərə “ifadə azadlığı və etiraz etmək hüququ” adı altında haqq qazandıra bilməyəcəyinə diqqət çəkən bəyanatda beynəlxalq hüquq çərçivəsində dövlətlərin bu cür hərəkətləri qadağan etmək hüququ olduğu vurğulanıb.

 

Bəyanatda ifadə azadlığının dinlərarası harmoniyanı pozmaq və nifrət yaymaq üçün lisenziya vermədiyi vurğulanıb və Pakistanın məsələ ilə bağlı narahatlığını İsveç səlahiyyətlilərinə çatdırdığı bildirilib.

 

İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər