Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91766
az

Avropada erməni qanuni  oğruları həbs edilib

17:2329 İyun, 2023
70
  • A

Fransa və İspaniyada Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Oxu24.com xəbər  verir  ki. Europolun (Avropa İttifaqının polis xidməti) hesabatına görə, təşkilat ağır əmlak cinayətləri, reketçilik, hədə-qorxu ilə pul tələb etmə və çirkli pulların yuyulmasında iştirak edən qanuni oğrulardan ibarət böyük cinayət şəbəkəsinin ləğvində Fransa və İspaniya milli polisinə dəstək verib. .


İstintaq Fransada və İspaniyada yerləşən, İspaniyada qanuni oğrunun rəhbərlik etdiyi erməni cinayət təşkilatının üstünü açıb.

Çirkli pulların yuyulması əsasən İspaniyada avtomobil ustaları və Barselonada idxal edilən kürü mağazası vasitəsilə həyata keçirilirmiş.

Bir sıra əməliyyat tədbirləri zamanı Fransa və İspaniyada evlərdə 38 axtarış aparılıb, 28  nəfər həbs edilib.

Fransa və İspaniya hakimiyyəti 2020-ci ilin noyabrında bu cinayət şəbəkəsi ilə bağlı birgə araşdırmaya başlayıb. Əksəriyyəti erməni və gürcü olan cinayətkar qruplaşmanın bir neçə üzvünə qarşı Fransa və İspaniya polisinin bundan əvvəl apardığı ayrı-ayrılıqda araşdırmalar şübhəlilər arasında əlaqələri üzə çıxarıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ