Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91759
az

Azərbaycan Türkiyəyə qaz ixracını təxminən 22 % artırıb

15:5929 İyun, 2023
109
DÜNYA
  • A

Azərbaycan Türkiyəyə qaz ixracını təxminən 22 % artırıb

OXU24.COM Trend-ə istinadən bildirir ki, 2023-cü ilin aprel ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,73 faiz - 733,92 milyon kubmetrdən 893,36 milyon kubmetrədək artırıb.

Bu ilin aprel ayında 1,722 milyard kubmetr göstərici ilə Türkiyəyə ən böyük təbii qaz ixracatçısı Rusiya olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,49 faiz azdır.

Üçüncü yeri 866,89 milyon kubmetrlə İran tutur ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 faiz çoxdur.

Bu dövr ərzində Türkiyə bütövlükdə 2022-ci ilin aprel ayı ilə müqayisədə qaz idxalını 2,10 faiz - 4,067 milyard kubmetrdən 3,982 milyard kubmetrə azaldıb, bunun 3,284 milyard kubmetri boru kəməri, 698,19 milyon kubmetri isə sıxılmış təbii qaz olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi