Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91729
az

SON DƏQİQƏ! Ukrayna ordusu mühüm əraziləri azad etdi

11:0329 İyun, 2023
137
  • A

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində strateji üstünlüyü ələ keçirib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri geniş cəbhə boyu hücum edir: "Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatı keçirir. Donetsk və Zaporojye vilayətləri ilə sərhəddə yerləşən Rovnopol-Volodino istiqamətində ukraynalı hərbçilər qismən uğur əldə edib və hazırda orada möhkəmlənirlər".

Bundan başqa. Ukrayna müdafiəçiləri Rusiya hərbçilərinin Liman, Avdeyevsk və Marinsk isitqamətində hücumunun qarşısını alır. Baxmit yaxınlığındakı Kurdyumovsk bəndində Ukraynanın dövlət bayrağı qaldırılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək