Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91726
az

Yanvar-may aylarında İrandan Türkiyəyə səyahət edən turistlərin sayı 800 minə çatıb

11:0929 İyun, 2023
84
DÜNYA
  • A

2023-cü ilin yanvar-may aylarında İrandan Türkiyəyə 794 min 177 nəfər səyahət edib ki, bu da 2022-ci ilin yanvar-may ayı ilə müqayisədə 5,31 faiz azdır.

OXU24.COM  xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2023-cü ilin may ayında İrandan Türkiyəyə gələn turistlərin sayı ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 7,32 faiz azalaraq 170 min 610 nəfər təşkil edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.

2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.

Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267), İran (794 min 177) izləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü