Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91529
az

Almaniya Aİ-nin Rusiya aktivlərini Ukraynaya köçürmək planına qarşıdır

13:2526 İyun, 2023
117
DÜNYA
  • A

Almaniya hökumətinin bəzi yüksək rütbəli üzvləri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinə həbs qoyulması və ya Ukraynanın bərpası üçün istifadə edilməsinə qarşı çıxıblar.

 

Oxu24.com xəbər  verir ki,Bu barədə Financial Times xəbər verir.

 

Bundan əvvəl KİV-lər məlumat vermişdilər ki, tezliklə Aİ-nin Rusiya aktivlərinin ələ keçirilməsi üzrə işçi qrupu ölkəmizdən Ukraynaya vəsait transferi planını təqdim edəcək.

 

Belə ki, nəşrin yazdığına görə, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı Ukraynanın ehtiyaclarını ödəmək üçün Rusiya aktivlərinin məcburi cəlb edilməsinin “mürəkkəb maliyyə və hüquqi məsələləri gündəmə gətirməsi” fikrini bildirib və bu təşəbbüsün qanuniliyini şübhə altına alıb.

 

Qəzetin digər həmsöhbəti iddia edir ki, işçi qrupun təkliflərini öyrənən Almaniyanın ədliyyə və istehlakçıların müdafiəsi naziri Marko Buşman bu təşəbbüsü hüquqi cəhətdən mümkünsüz adlandırıb.

 

Nəhayət, hökumətin başqa bir üzvü Rusiyanın aktivlərinin və ya onlardan əldə edilən gəlirlərin ələ keçirilməsinin Polşaya İkinci Dünya Müharibəsi üçün tələb etdiyi təzminatları Almaniyadan almasına imkan verəcək təhlükəli presedent yaradacağından ehtiyat etdiyini bildirib.

 

Xatırladaq ki, Bloomberg-in məlumatına görə, Aİ Avropa banklarında dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması və onları Ukraynaya köçürməyin heç bir qanuni yolunun olmadığını qəbul edib. Buna baxmayaraq, onlar əvəzində Rusiya vəsaitlərinin investisiyasından əldə edilən gəlirlərə həbs qoyulmasını təklif ediblər. Eyni zamanda, bankların özləri belə bir addımın əleyhinə çıxırlar, çünki bu, Rusiyanın cavab tədbirləri görməsinə və bir çox ölkələrin milli ehtiyatlarını avroda saxlamaqdan imtina etməsinə səbəb olacaq.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR