Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91519
az

Moskva və Moskva vilayətində antiterror əməliyyatı  rejimi ləğv edilib

10:2826 İyun, 2023
69
  • A

Moskvada xüsusi rejim ləğv edilib.

Oxu24.com xəbər  verir  ki,Federal Təhlükəsizlik Xidmətinin region üzrə mətbuat xidməti iyunun 26-da Moskva və Moskva vilayətində antiterror əməliyyatı  rejiminin ləğv edildiyini bildirib.

 

“Antiterror əməliyyatının rəhbəri 26 iyun 2023-cü il, Moskva vaxtı ilə saat 09:00-dan etibarən Moskva və Moskva vilayətində KTO-nun hüquqi rejimini ləğv etmək qərarına gəlib”, - məlumatda deyilir.

 

Moskva və Moskva vilayəti üzrə FSB, insanların həyatına, sağlamlığına, əmlakına və maraqlarına təhlükə olmadığı üçün xüsusi  rejiminin ləğv edildiyini açıqlayıb.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov antiterror əməliyyatı rejiminin yaxın vaxtlarda ləğv ediləcəyini bildirmişdi.

 

Xatırladaq ki, iyunun 24-də mümkün terror aktlarının qarşısını almaq üçün Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək
Dünyaca məşhur aktyor vəfat etdi
Rusiya zirehli texnikası Yalamada – VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub