Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91499
az

3 yaşlı uşaq maşının altına  düşdü - 18+VİDEO

22:4924 İyun, 2023
48
DÜNYA
  • A

Sankt-Peterburqda uşaq meydançasında oynayan üç yaşlı uşaq yola çıxıb  və avtomobil onu vurub.

Oxu24.com -un məlumatına görə, görə, körpə böyüklərin nəzarəti olmadan küçədə gəzirmiş.

Faciə  anı videoya çəkilib.


Kadrlarda əlində oyuncaq təyyarə olan oğlanın uşaq meydançasından qaçaraq evin yaxınlığındakı yola çıxması əks olunub.

Bu zaman yoldan maşın çıxır, sürücü sürəti azaltmağa vaxt tapmır və uşağı vurur. Uşaq bir neçə metr uzağa atılıb. Maşından bir kişi və bir qadın qaçaraq təcili yardım çağırmağa başlayıb və körpəyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Daha sonra sürücü və yoldaşı oğlanın anasını tapmağa çalışıb.

 

Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun çoxsaylı sınıqları və hematomları olduğu müəyyən edilib.

Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza faktı yoxlanılır. Uşağı vuran Volvo markalı avtomobili 31 yaşlı kişi idarə edirdi. Qəza şənbə günü, iyunun 24-də, Primorski rayonunda Lidiya Zvereva küçəsindəki məktəbin yaxınlığında baş verib.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyənin Alanya şəhərində rusiyalı ölüb
Şoyqu haqqında məlumat Rusiya Təhlükəsizlik Şurasının saytında yer alıb
İspaniya 19 Leopard 2 A4 tankını Ukraynaya təhvil verməyi planlaşdırır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər