Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91486
az

Almaniya Ukrayna üçün F-16 qırıcı koalisiyasına qoşulmur

23:2324 İyun, 2023
40
DÜNYA
  • A

Almaniyanın müdafiə naziri Boris Pistorius F-16 döyüş təyyarələri olmadığı üçün bu mövzuda mövcud koalisiyaya daxil olmadıqlarını bildirib.

Oxu24.com xəbər verir ki,Sosial Demokrat Partiyasının  Aşağı Saksoniya əyalətinin Aurich şəhərində təşkil etdiyi tədbirdə çıxış edən Pistorius, Ukraynaya F-16-ların verilməsi üçün Hollandiya və Danimarkanın liderliyində yaradılan koalisiyaya işarə edərək, " F-16 qırıcı təyyarələrimiz olmadığı üçün koalisiyada deyilik”.

 

Hollandiya və Danimarka başda olmaqla bəzi ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanması ilə bağlı razılığa gəliblər.

 

Almaniya Hərbi Hava Qüvvələrinin ehtiyatında Eurofighter və Tornado döyüş təyyarələri var.

 

Ukraynanın Berlindəki keçmiş səfiri Andrij Melnik, Redaktionsnetzwerk Deutschland media təşkilatına verdiyi açıqlamada, Almaniyanın Eurofighter təyyarələrinin Ukraynaya çatdırılması tələbini təkrarlayaraq, “Ukraynalılar Qərbdəki tərəfdaşlarımıza, xüsusən də Almaniyaya, Rusiya xaosa sürüklənib və öz zəifliyini ortaya qoyub.O, onları bu müddət ərzində lazımi hərbi yardımı əsaslı şəkildə artırmağa çağırır”, - deyə o bildirib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə
İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO