Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91455
az

İranda toz fırtınası: 330 nəfər xəstəxanaya yerləşdirilib

16:1125 İyun, 2023
95
DÜNYA
  • A

İranın Sistan-Bəlucistan əyalətində son üç gündə toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.

Oxu24.com xəbər  verir  ki,İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məsələ ilə bağlı açıqlama verib.

 

Mohibbi, vilayətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində toz fırtınasının daşıdığı incə toz səbəbilə son üç gündə 330 nəfərin xəstəxana və tibb mərkəzlərinə müraciət etdiyini bildirib.

 

Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.

 

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin etdiklərini bildirib.

 

Mollaşahi xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı