Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91276
az

Ukraynalılar  əsas hücuma  hazırlaşırlar

12:2521 İyun, 2023
55
DÜNYA
  • A

Hücum zamanı Ukrayna ordusunun irəliləmə sürətinin aşağı olması indiki hücumların yalnız əsas zərbəyə hazırlıq olması ilə izah oluna bilər.

 

Oxu24.com xəbər verir ki,Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) xülasəsində deyilir.


ISW analitikləri yazır: "Ukraynanın əks-hücum əməliyyatlarının gözləniləndən daha yavaş tempi Ukraynanın ümumi hücum potensialına dəlalət etmir və Ukrayna ordusu, ilkin uğursuzluqlara baxmayaraq, gələcək əsas zərbə üçün şərait yaratmaqda uğur qazana bilər". .

 

Hesabat müəllifləri müdafiə nazirinin müavini Anna Malyarın indi hücumun uğurunun kilometrlərlə və azad edilmiş yaşayış məntəqələri ilə ölçülməməli olduğu sözlərini, həmçinin BBC prezidenti Vladimir Zelenskinin müharibə olmadığını dediyi müsahibəni xatırladırlar.

 

“Bu vacib qeyddir ki, Ukraynanın hazırkı hərəkətləri ərazi məqsədləri deyil, başqa məqsədlər də ola bilər. Ukrayna ordusu Rusiya qüvvələrini tədricən tükəndirmək və gələcək əsas zərbə üçün şərait yaratmaq üçün bütün teatrda bir neçə hücum əməliyyatı keçirə bilər”, ISW analitikləri Rusiya, Ukrayna və üçüncü ölkələrdən olan bir çox ekspertlər tərəfindən dəfələrlə dilə gətirilən fikri təkrarlayırlar. .

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb