Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91254
az

Moskvada termonüvə bombasını yaradanlardan biri intihar edib

21:0821 İyun, 2023
90
DÜNYA
  • A

İlk sovet ikipilləli termonüvə bombası RDS-37-nin yaradıcılarından biri olan Qriqori Klinişov Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.

 

Oxu24.com xəbər verir ki,Rusiya Fövqəladə Hallar Xidməti TASS agentliyinə onun intihar etdiyini bildirib.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Klinişov Kosmodamianskaya sahilindəki mənzildə ölü tapılıb, ölüm intihar nəticəsində olub.

 

Agentliyin mənbəsi vurğulayıb ki, Klinışovun meyitinin yanında yaxınları ilə vidalaşdığı intihar məktubu tapılıb.

 

Qeydin məzmunu ilə bağlı başqa təfərrüatlar verilməyib.

Məlumdur ki, Klinişov sovet nəzəri fiziki və hüquq müdafiəçisi Andrey Saxarovun rəhbərliyi altında nəzəri şöbədə mühəndis vəzifəsində çalışıb.

Qriqori Klinişov 1930-cu ildə anadan olub. Fizika-riyaziyyat elmləri namizədi, 1962-ci ildə Qırmızı Əmək Bayrağı ordeni, Lenin mükafatı laureatı olub.

Yaradılmasında Klinişovun iştirak etdiyi bombanın sınaqları 22 noyabr 1955-ci ildə Semipalatinsk poliqonunda baş tutdu.

İlk sovet iki mərhələli termonüvə bombası RDS-37-nin yaradılmasında iştirak etdi, həmçinin sonrakı nəsillərin bir neçə növ termonüvə bombası hazırlayıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litvada  Rusiyaya daşınan iki Tesla Cybertruck saxlanılıb
Britaniya NATO təlimləri üçün avtomobil hissələri hazırladı
Scholz ukraynalı qaçqınlardan işə getmələrini xahiş edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər