Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91247
az

ABŞ İranla razılaşmadığını bildirib

20:0121 İyun, 2023
87
DÜNYA
  • A

Vaşinqton İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə məşğul deyil və Tehranla razılaşmanı müzakirə etmir.

 

Oxu24.com xəbər verir ki,bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

 

O, müxbirin Tehranla "bir növ sövdələşmə və ya razılaşma" ilə bağlı sualını cavablandırarkən, "Heç bir sövdələşmədən söhbət getmir" deyib.


“Nüvə ambisiyalarına gəlincə, prezident Bayden açıq şəkildə bildirdi ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. O, belə bir nəticəyə diplomatik yollarla nail olmağımıza üstünlük verərdi. Lakin hazırda bu məsələdə diplomatiya nəzərdən keçirilmir”, - Kirbi bildirib.

 

O əlavə edib ki, Vaşinqtonun əslində Tehranla apardığı danışıqlar sövdələşməyə deyil, İranda saxlanılan Amerika vətəndaşlarına aiddir.

“Biz İranla ölkədə saxlanılan amerikalılarla bağlı danışmışıq və danışmağa davam edəcəyik. Biz bunu edirik və edəcəyik, çünki Prezident haqsız yerə həbs edilmiş amerikalıların ailələrini evlərinə qaytarmağı öhdəsinə götürüb. Və bu müzakirələr davam edir”, - Kirbi bildirib.

 

Son günlər Amerika mətbuatında ABŞ və İranın gizli şəkildə nüvə sazişi üzrə danışıqları bərpa etdiyi və hətta müəyyən razılaşmalar əldə etdiyi barədə bəzi nəşrlər yer alıb.

Bütün bunların fonunda İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının mümkün bərpası və ya yeni belə bir sazişin bağlanması yəhudi dövlətini zəruri hesab etdiyi hər şeyi etməyə davam edəcək. 

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu 6 PKK terrorçusunu öldürdü
Bayden Netanyahunun həbsinə order verilməsinə münasibət bildirdi
Türkiyədə daha 44 FETÖ üzvü saxlanıldı