Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91215
az

82 yaşlı nənəni qarət edib zorladı, boğdu və...

12:1621 İyun, 2023
125
DÜNYA
  • A

Moskva vilayətində əcnəbi 82 yaşlı təqaüdçünü qarət edib, zorlayıb, boğub və yandırmağa cəhd edib. 

OXU24.COM  xarici KİV-ə istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, cinayəti törədən şəxs saxlanılıb.

İstintaqın məlumatına görə, Fryazino şəhərində 27 yaşlı əcnəbi vətəndaş sərxoş vəziyyətdə fərdi yaşayış evinə pəncərədən daxil olub.

Öldürəcəyi ilə hədələyərək, 82 yaşlı ev sahibəsindən 20 min rubldan bir qədər çox pul oğurlayıb, sonra onu zorlayıb. Daha sonra o, təqaüdçünü döyərək boğub. Onun öldüyünə inanaraq evi yandırıb və qaçıb. Lakin nənə yanan evdən təkbaşına çıxa bilib və polisə müraciət edib. O, xəstəxanaya aparılıb.

Cinayətkarı dərhal saxlamaq mümkün olmayıb, lakin ekspertiza nəticəsində təqsirləndirilən şəxsin məlumat bazasında olan DNT profili ilə uyğunluq müəyyən edilib. Hadisəni törədən şəxs tutulub. O, etdiklərini etiraf edib.

İstintaq müəyyən edib ki, cinayət törədən şəxsin Rusiya vətəndaşlığı yoxdur, lakin onun bu ölkə ərazisində işləmək və müvəqqəti qeydiyyat üçün patenti var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü