Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91208
az

Rusiya yeni qadağa qəbul edib

23:0320 İyun, 2023
134
DÜNYA
  • A

Rusiya Dövlət Duması xarici messencerlərdən istifadəyə görə dövlət qulluqçularının cərimələnməsi haqqında qanun qəbul edib.

 

Oxu24.com xəbər  verir  ki, müvafiq sənəd qanunverici orqanın portalında yer alıb.

 

Qeyd olunur ki, indi dövlət qulluqçularına və maliyyə təşkilatlarına Rusiya vətəndaşları haqqında məlumatlar xarici messencerlər vasitəsilə göndərilə bilməz.

 

Qanundan o da belə çıxır ki, dövlət sifarişi və ya bələdiyyə tapşırığını yerinə yetirərkən fərdi məlumatların yayılmasına qadağa qoyulur, maliyyə sektorunun xarici messencerlərə əsaslanan informasiya sistemlərinə sahib olması qadağandır.

Bununla belə, xarici messencerlərə başqa yazışmalara icazə verilir.

 

Məmurlar üçün cərimə 30 ilə 50 min rubl arasında, şirkətlər üçün 100 ilə 700 min rubl arasında olacaq. Qanuna əməl olunmasına nəzarət funksiyaları Roskomnadzor-a həvalə olunacaq.

 

Xatırladaq ki, mart ayında Roskomnadzor Rusiya banklarına xidmətlər göstərmək, həmçinin sənədləri köçürmək üçün xarici ani messencerlərdən istifadə etməyi qadağan edib

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR