Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91198
az

Amerikanın B-1B bombardmançı təyyarələri ilk dəfə İsveçə eniş etdi

22:2220 İyun, 2023
129
DÜNYA
  • A

Oxu24.com xəbər verir  ki,ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı çərşənbə axşamı bildirib ki, ABŞ-ın B-1B strateji bombardmançı təyyarələri ilk dəfə İsveç aviabazasına enib.

Eniş bir gün əvvəl Amerika bombardmançılarının Avropa üzərindən İsveçin şimalında yerləşən Lulea-Kallaks aviabazasına uçuşları çərçivəsində həyata keçirilib.


ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, mayın 23-də iki B-1B Lancer strateji bombardmançı təyyarəsi “Amerikanın Avropa komandanlığı və NATO-nun çəkindirmə təşəbbüslərini dəstəkləmək üçün” İngiltərədəki Fairford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.

Təyyarələr Texasdakı Dyce Hərbi Hava Qüvvələri bazasından transatlantik uçuş həyata keçirib.

Sonra, mayın 26-da daha iki belə Amerika bombardmançısı İngiltərədəki Fairford Hərbi Hava Qüvvələri bazasına gəldi.

O vaxtdan bəri onlar artıq Avropa üzərində, o cümlədən Baltikyanı, Mərkəzi Avropa, Balkanlar, habelə Norveç dənizi üzərindən onun sularında olan Amerika təyyarədaşıyan USS Gerald Ford ilə qarşılıqlı əlaqə yaratmaq üçün bir sıra uçuşlar həyata keçiriblər.

İsveç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzvlük üçün müraciət edib.

İyunun əvvəlində krallığın hakimiyyət orqanları alyansa qoşulmazdan əvvəl də öz ərazilərində NATO qoşunlarının yerləşdirilməsi imkanını nəzərdən keçirdiklərini açıqlamışdı.

 

Tərcümə: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər