Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91107
az

Polşa və Ukrayna İsrail tanklarını ala bilər

11:4119 İyun, 2023
72
DÜNYA
  • A

Polşa və Ukrayna İsrailin Merkava tanklarının böyük partiyasını ala bilər.

 

Oxu24.com xəbər verir ki,Yedioth Ahronoth qəzeti yazıb ki, İsrail hazırda iki ölkə ilə 1980-1990-cı illərdə istehsal edilmiş və artıq döyüş vəzifəsindən çıxarılan 200-ə yaxın ikinci və üçüncü nəsil Merkava tanklarının tədarükü üçün danışıqlar aparır.


Walla portalının mənbələrinə görə, söhbət iki Şərqi Avropa ölkəsindən gedir.

Adı açıqlanmayan polşalı hərbi ekspert portala müsahibəsində İsrail tanklarının Polşa və Ukrayna üçün nəzərdə tutulduğunu təklif edib.

Onun sözlərinə görə, tanklar İsraildə və ya müvafiq səlahiyyətlərə malik Polşa müdafiə şirkətləri ilə əməkdaşlıq əsasında modernləşdirilə bilər.

Portalın məlumatına görə, Ukraynaya hərbi, o cümlədən yardımın göstərilməsi zərurətində israr edən ABŞ-ın təzyiqi səbəbindən İsrail Avropaya Merkava tanklarının tədarükü ilə bağlı danışıqlara başlaya bilər.

Merkava döyüş tankı (İbranicə “araba” deməkdir) 1979-cu ildən İsraildə istehsal olunur. Hazırda bu maşınların dördüncü nəsli İsrail Müdafiə Qüvvələrində xidmətdədir.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var
Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO