Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91060
az

ABŞ Serbiyadan Kosovo polisini azad etməyə çağırır

23:5017 İyun, 2023
84
DÜNYA
  • A

ABŞ Serbiyadan saxladığı 3 Kosovo polisini dərhal və qeyd-şərtsiz azad etməyi tələb edib.

Oxu24.com xəbər  verir  ki,  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzu ilə bağlı yazılı açıqlama verib.

 

“Biz Serbiya Prezidenti Aleksandr Vuçiçə və Serbiya hökumətinə 14 iyunda saxlanılan üç Kosovo polisini dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq”, - deyən Miller, polisin saxlanmasının onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirdiyini bildirib.

 

Miller, həmçinin Serbiya və Kosovonu Avropa İttifaqı (Aİ) tərəfindən nəzərdə tutulan üç bəndlik planı həyata keçirməyə və Aİ-nin dəstəklədiyi dialoqa qayıtmağa çağırdığını təkrarlayıb.

 

Kosovo ilə Serbiya arasında gərginlik

 

Mayın 26-da Kosovonun şimalında serblərin cəmləşdiyi Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində aprelin 23-də keçirilən yerli seçkilərdə qalib gələn alban merlərinin seçilməsinə Kosovo serbləri etiraz ediblər.

Bölgədə etirazların davam etdiyi bir vaxtda Kosovo polisi və KFOR bələdiyyə binalarını məftil hasarlarla mühasirəyə alıb və bölgədə personalın sayını artırıb.

Alban merlərini qorumaq üçün bölgəyə göndərilən Kosovo polisi ilə Kosovo serbləri arasında qarşıdurma olub.

Kosovo polisi serb Milun Milenkoviçi iyunun 13-də Şimali Mitrovitsada KFOR elementlərinə və Kosovo polisinə qarşı hücumların təşkilatçılarından biri olduğu əsası ilə saxlayıb.

Serbiya iyunun 14-də iki ölkənin sərhəd bölgəsində Kosovo polisinin üzvü olduğu təsbit edilən 3 nəfəri "Serbiyada aksiya planlaşdırdıqları" səbəbiylə saxladığı halda, Kosovo polislərin Serbiya tərəfindən qaçırıldı.

Serbiya Milenkoviçin saxlanmasına reaksiya göstərərkən, Serbiya lideri Aleksandar Vucic Kosovo Baş naziri Albin Kurtinin müharibə başlatmaq istədiyini iddia etdi.

2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi kimi görən Serbiya da ordusunu Kosovo sərhədində yerləşdirməyə qərar verdi.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü