Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91059
az

Bu ölkədə insanlar istidən ölür

23:1517 İyun, 2023
154
DÜNYA
  • A

Hindistanın şimalında və şərqində baş verən istilər səbəbindən 2 gündə 46 nəfər həyatını itirib.

 

Oxu24.com xəbər  verir  ki,Hindistan Meteorologiya Departamenti (IMD) Uttar Pradeş əyalətinin Ballia bölgəsində havanın temperaturunun mövsümi normalardan 42,2 dərəcəyə yüksəldiyini açıqlayıb.

 

Həkimlər son 2 gündə Uttar Pradeşdə 34, Biharda 12 nəfər olmaqla 46 nəfərin öldüyü istilər səbəbindən 60 yaşdan yuxarıların çölə çıxmaması lazım olduğunu bildirib.

 

Uttar Pradeşdə həyatını itirənlərin 60 yaşdan yuxarı olduğu və istilərin onların mövcud xəstəliklərini artırmış ola biləcəyi bildirilib.

 

Biharda istilər 12 nəfərin həyatına son qoyub

 

Ştat rəsmiləri Hindistanda təsirli olan isti dalğasının Bihar əyalətinin şərqindəki 24 bölgəni təsir etdiyini açıqlayıb. Səlahiyyətlilər, istilər səbəbindən 24 saat ərzində 2-si polis olmaqla 12 nəfərin öldüyünü açıqlayıb.

Biharda havanın temperaturu 45 dərəcəyə çatarkən, meteorologiya rəsmiləri isti havaya qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib.


Aprel, may və iyun aylarının ümumiyyətlə isti keçdiyi Hindistanda son illərdə havaların istiliyinə görə çox daha ciddi təsirlər müşahidə olunur.

İsti dalğalar tez-tez su çatışmazlığına səbəb olur və milyonlarla insana təsir edir.

Qərbi Maharaştra əyalətinin Navi Mumbay şəhərində apreldə keçirilən mərasimə qatılan 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib.

Digər tərəfdən, Hindistan, Banqladeş, Tayland, Filippin, Vyetnam və Laos da daxil olmaqla, region ölkələrində də rekord temperatur müşahidə olunur.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi