Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91056
az

Ərdoğan Avropa Komissiyasının sədri ilə danışıb

18:0717 İyun, 2023
51
DÜNYA
  • A

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.

 

Oxu24.com xəbər verir  ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri müzakirə edilib.

 

Avropa Komissiyasının sədri Ursula fon der Leyen prezident Ərdoğanı yenidən sədr seçilməsi münasibətilə təbrik edib.

 

Prezident Ərdoğan həmçinin bildirib ki, regional səviyyədə qarşıya çıxan problemlərlə uğurla mübarizə aparmağın yolu Avropa İttifaqının Türkiyə ilə əməkdaşlığını gücləndirməkdən keçir.

 

Prezident Ərdoğan Türkiyəyə göstəriləcək ədalətli rəftarın və tam üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlərin açılmasında mühüm rol oynayacağını bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb