Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91051
az

Təhlükəli terrorçu məhv edildi

22:4417 İyun, 2023
101
  • A

Türkiyə xüsusi xidmət orqanları Suriyanın Ayn əl-Ərəb bölgəsində əvvəllər beynəlxalq axtarışa verilmiş xüsusi təhlükəli terrorçu Osman Nuri Ocaqlını zərərsizləşdirib.


 

Oxu24.com xəbər verir ki,Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, Yılmaz Behrareş adlı çağırış işarəsi olan Ocaklı yaraqlısı Türkiyədə qadağan olunmuş MLKP (Marksist-Leninist Kommunist Partiyası) təşkilatının liderlərindən biri olub.

 

Ocaqlı 2000-ci ildən MLKP sıralarında fəaliyyət göstərir və bu cinayətkar təşkilatın bir çox qanlı aksiyalarının təşkilatçısı hesab edilirdi.

 

MLKP yaraqlıları Suriya və Türkiyədə terror aktları təşkil etmək üçün bölgədəki PKK terrorçuları ilə sıx əməkdaşlıq edir.

 

Ocaqlı 2014-cü ildə PKK terrorçularının Şimali İraqdakı bazalarına qaçıb, 2015-ci ildə isə Suriyanın Rəsulayn bölgəsinə köçüb.

 

2018-ci ildə o, Suriya və Türkiyə dövlət sərhədinin qanunsuz keçidlərini təşkil edib və ötən ildən Suriyanın Ayn əl-Ərəb bölgəsində MLKP dəstələrinə rəhbərlik edib.

 

 

Tərcümə:Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çeçenistanda parlamentin yeni rəhbəri seçilib
NATO Slovakiyanın baş nazirinə sui-qəsd cəhdinə cavab verib
Şolz  Slovakiyanın baş naziri Fikoya hücumu pisləyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi