Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91000
az

Putin: Ukraynada Leopard tankları yanır, F-16-lar da yanacaq

22:4216 İyun, 2023
101
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin, Qərb ölkələrinin Ukraynaya mümkün F-16-ların göndərilməsinə reaksiya verərək, “Ukraynada Leopard tankları yanır, F-16-lar Leopardlar kimi yanacaq, buna heç bir şübhə yoxdur”,- deyə açıqlama verib.

 

Oxu24.com xəbər  verir  ki, Putin Sankt-Peterburqda Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə görüşüb.

 

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun əsas sessiyasında “The National Interest” jurnalı köşə yazarı Dmitri Simsin suallarını cavablandırıb.

 

Ukraynanın əks-hücumdan sonra 186 tankını itirdiyini bildirən Putin, "Ukrayna ordusu hücum etdiyi bəzi bölgələrdə müdafiəmizin ilk xəttinə çata bildi, bəzilərində isə bacarmadı.

Burada əsas məsələ ondan ibarətdir ki, istifadə edirlər. strateji ehtiyatları var, lakin heç bir bölgədə hədəflərinə çata bilmədilər”,-deyə Putin bildirib.

Ukraynanın tezliklə öz hərbi texnikasından istifadə etməyəcəyini qeyd edən Putin, "Heç bir texnika qalmayacaq, istifadə etdikləri hər şey xaricdən gələcək. Bu cür uzun müddət mübarizə apara bilməzsiniz",- fikrini bildirib.

Rusiya müdafiə sənayesində istehsalın artmasına işarə edən Putin, "Keçən il hərbi məhsul istehsalını 2,7 dəfə artırdıq və artmaqda davam edir. Bəzi müəssisələr gecə-gündüz işləyir",- deyib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Avropa Liqasının finalçıları məlum oldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qobustanda narkotikə görə 2 nəfər saxlanılıb