Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90968
az

ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər - REUTERS

13:5315 İyun, 2023
66
DÜNYA
  • A

Tehran nüvə proqramı ilə bağlı bir sıra öhdəlikləri yerinə yetirməyə razı olarsa, ABŞ İranın neft ixracına qarşı sanksiyaları ləğv edə bilər.

 

Oxu24.com -un  məlumatına  görə,Reuters mənbələrə istinadən xəbər verir ki, onların arasında uranın nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirilməsindən imtina da var.

 

İran rəsmisinin sözlərinə görə, belə bir qərar iki ölkə nümayəndələrinin apardığı dolayı danışıqların nəticələrindən biri ola bilər.

O, iddia edir ki, əgər ABŞ və İran məhbusların mübadiləsi və İranın aktivlərinin dondurulması barədə razılığa gəlsələr, gərginliyin azaldılması üçün əlavə addımlar İran neftinin ixracına qarşı sanksiyaların ləğvini əhatə edə bilər.

 

Bunun üçün Tehran uranı 60%-dən yuxarı zənginləşdirməmək və MAQATE ilə daha sıx əməkdaşlıq etmək öhdəliyi götürməlidir.

 

Qərb rəsmisi Reuters agentliyinə bildirib ki, tərəflər İranı nüvə silahı yaratmaq üçün lazım olan 90% zənginləşdirilmiş urana çatmamaq üçün status-kvona nail olmaq niyyətindədirlər.

 

Onun sözlərinə görə, Tehran BAEA ilə əməkdaşlığı dərinləşdirməyə razılaşarsa və daha müasir sentrifuqaların quraşdırılmasından imtina edərsə, Qərb xaricdə yerləşən İran fondlarının əhəmiyyətli hissəsini sərbəst buraxa bilər.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR