Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90866
az

Hindistanda  qasırğa: 3 nəfər ölüb

17:1413 İyun, 2023
51
DÜNYA
  • A

Hindistanın Qucarat əyalətində Biparjoy qasırğasının təsirli olduğu sahil bölgələrində 3 nəfər həyatını itirib.

 

Oxu24.com -un The Indian Express-ə istinadən  xəbərinə görə, Biparjoy fırtınası Qucaratın sahil bölgələrində təsirli olmağa başlayıb.

 

Ştatın 8 rayonunda 37 mindən çox insan təxliyə edilib, fırtına nəticəsində uçan divarlar altında ikisi uşaq olmaqla ən azı üç nəfər həlak olub.

 

Hindistanın daxili işlər naziri Amit Şah son illərdə fırtınaların sayında artım olduğuna diqqət çəkib.

 

Hindistan Meteorologiya Departamenti (IMD) "potensial zərərli" hesab edilən fırtınanın sabah Cakhau limanı yaxınlığındakı Sauraştra-Kutch sahillərini keçəcəyini açıqlayıb.

 

Biparjoy qasırğasının sürətinin saatda 150 kilometrə çata biləcəyi qeyd edilir.

 

Rəsmilər fırtınanın bir neçə günə Racastan əyalətinə çatacağını proqnozlaşdırırlar.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı