Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90863
az

Qazaxıstanda dördtərəfli sammit: Türkiyə, Suriya, Rusiya, İran...

17:1214 İyun, 2023
134
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin iyunun 21-də Qazaxıstanın paytaxtı Astanada görüşəcəyini bildirib.

Oxu24.com xəbər verir  ki,jurnalistlərə açıqlama verən Boqdanov Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Türkiyə, Suriya, İran və Rusiya xarici işlər nazirlərinin müavinlərinin iyunun 21-də Astanada keçiriləcək görüşünün, Rusiya nümayəndə heyətinin Astanaya gedəcəyi barədə məlumatı paylaşıb. 

 

"Yol xəritəsi üzrə Rusiyanın layihəsi hazırdır. Bizim vəzifəmiz tərəfdaşlarımızla məsləhətləşmələr aparmaq və bu işi irəli aparmaqdır. Ümid edirəm ki, Astanada danışıqlarda ciddi irəliləyiş əldə edəcəyik", - Boqdanov bildirib. 

 

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri mayın 10-da Rusiyanın paytaxtı Moskvada görüşüblər.

 

Görüşdən sonra Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsinin hazırlanması qərara alınıb. Yol xəritəsinin hazırlanması və prosesin mərhələli şəkildə davam etdirilməsi üçün müvafiq qurum kimi xarici işlər nazirlərinin müavinlərinin, Müdafiə və Kəşfiyyat Nazirliyinin iştirakı ilə 4 nəfərdən ibarət komitənin yaradılması qərara alınıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrailin yeni atəşkəs tələbi
Çin ABŞ-dan bunu tələb edir
Ukrayna məğlubiyyətə doğru gedirmi?- MƏTBUAT

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO