Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90848
az

Priqojin Putinin tələbini yerinə yetirməkdən imtina edib

15:5214 İyun, 2023
76
DÜNYA
  • A

Vaqner PMC muzdluları “rüsvayçılıq yolu” ilə getməyəcək və sosial təminat almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacaqlar.

 

Oxu24.com Rusiya mediasına  istinadən   xəbər  verir   ki,  bu   barədə  qrupun yaradıcısı Yevgeni Priqojin bildirib.


“Düşünürəm ki, Dövlət Duması və prezident kompromis həll yolu tapacaq, bu yolla  döyüşçü kimi həm sosial təminat, həm də sənədlər alacaqlar. 20 min ölüm var, onlar da Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdırlar?" deyə  Priqojin bildirib.

 

Bundan əvvəl o, Müdafiə Nazirliyi rəhbərliyinin Vaqner PMC-nin muzdlularının müqavilələr imzalamadıqları təqdirdə Ukraynaya qarşı müharibədə iştirak edə bilməyəcəkləri barədə məlumatlarını "nağıllar" adlandırdı.

“Cavab çox sadədir: heç kim rus adamına öz torpağını müdafiə etməyi qadağan edə bilməz. Və nə müdafiə nazirinin, nə də kiminsə bunu etməyə ixtiyarı yoxdur.

Bunu etməyə yalnız Allahın haqqı var. Buna görə də, yaxın hərbi funksionerlər nə qədər istəsələr də, biz torpaqlarımızı müdafiə etməyə davam edəcəyik "deyə Priqojin bildirib.

 

İyunun 10-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən bütün “könüllü dəstələrə” iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib.

Putin iyunun 13-də hərbi müxbirlərlə görüşdə Şoyqunun qərarını dəstəkləyib. Onun sözlərinə görə, “könüllülərə” hüquqi status lazımdır ki, sosial təminat ala bilsinlər. 

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Almaniya Daxili İşlər Nazirliyi ukraynalıları  çağırışdan xilas etməkdən imtina edib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü