Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90731
az

Yaponiyanın baş naziri Ukraynanın "nüvə çətiri" haqqında danışıb

11:5812 İyun, 2023
93
DÜNYA
  • A

Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Ukrayna nüvə silahından istifadə təhlükəsi yaranarsa, Kiyevin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürmüş Çinin “nüvə çətiri” altındadır.

 

Oxu24.com  xəbər verir  ki,“Ukraynanın “nüvə çətiri” tərəfindən müdafiə olunub-olunmaması sualına cavab olaraq deyim ki, Çin və Ukrayna arasında səmərəli əməkdaşlıq haqqında sazişlərdən xəbərdaram.

 

Həmin vaxt yayımlanan birgə bəyanatda deyilirdi ki, Çin Ukraynaya müdaxilə və ya nüvə silahı ilə işğal təhlükəsi halında Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razıdır”, - Kişida parlamentdəki çıxışı zamanı bildirib.

 

2013-cü ilin dekabrında Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviç Çinə səfər etdi və burada Çin sədri Si Tsinpinlə birlikdə Kiyev və Pekin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzaladı.

 

Sənəddə qeyd olunur ki, rəsmi Kiyev nüvə statusundan imtina etdiyi üçün heç bir halda Ukraynaya qarşı nüvə silahından istifadə etmək və ya istifadə edəcəyi ilə hədələmək öhdəliyi götürmür. Bundan əlavə, Pekin “nüvə silahından istifadə ilə təcavüzün qurbanına çevrilərsə və ya bu cür təcavüz təhlükəsi olarsa” “Ukraynaya müvafiq təhlükəsizlik zəmanətlərinin verilməsini” təsdiqləyib.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib
ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
Rusiya Ukraynada istənilən sülh təşəbbüslərini alqışlayır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb