Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90685
az

Qazaxıstanda meşə yanğınları davam edir, ölənlərin sayı 14-ə çatıb

20:0010 İyun, 2023
128
DÜNYA
  • A
Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir. Oxu24.com APA-ya istinadən bildirir ki, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı. Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib. Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı