Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90669
az

Qəzaya uğramış təyyarədəki uşaqlar 40 gün sonra sağ tapılıblar

13:0010 İyun, 2023
111
DÜNYA
  • A
Mayın 1-də Kolumbiyada qəzaya uğramış "Cessna 206" təyyarəsində olan 4 uşaq sağ tapılıb. Oxu24.com xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabında yazıb. "Bütün ölkə üçün sevinc! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapıldı", - Petro tviterdə yazıb. Bundan əvvəl yerli "Tiempo" qəzeti uşaqların sağ tapıldığını bildirib. Onlar susuz qalırlar və həşərat dişləmələrindən əziyyət çəkiblər. Azyaşlılar helikopterlə hərbi hospitala aparılıb və onlara tibbi yardım göstərilib. Onların ən böyüyünün 13 yaşı, qalanlarının isə doqquz, dörd və bir yaşı var. Solano bələdiyyəsindən San-Xose-del-Quavyare şəhərinə uçan təyyarə qəzaya mayın 1-də uğrayıb. Pilot mühərrikin nasazlığı barədə bildirib və qəza siqnalı verib. Xilasetmə əməliyyatında ümumilikdə 120 xüsusi təyinatlı əsgər və 73 mülki şəxs iştirak edib. Təyyarə yalnız 370 saat axtarışdan sonra tapılıb. Hərbçilər həmçinin meşənin kolluqlarında üç yaşlı adamın meyitini də tapıblar. Amma təyyarədə olan uşaqlar kabinədə və ya yaxınlıqda olmayıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı