Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90640
az

Hollandiya məhkəməsi Rusiyanın əleyhinə qərar verdi

21:5409 İyun, 2023
113
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Hollandiyada məhkəmənin skif qızılı ilə bağlı qərarını qərəzli adlandırıb.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,"Niderland Ali Məhkəməsinin hökmü muzey icmaları arasında etimadı sarsıdan daha bir təhlükəli presedent yaradır və əlbəttə ki, bizim tərəfimizdən adekvat cavabsız qala bilməz", - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib.

Nazirlik vurğulayıb ki, “skif qızılı” Krımın mədəni irsinin bir hissəsidir, bu danılmaz fakt məhkəmələrin heç bir partizan qərarı ilə ləğv edilə bilməz.

“Tarixi ədalət bərpa olunacaq”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Hollandiya məhkəməsinin qərarının Rusiya üçün sürpriz olmadığını qeyd edib. Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Ukraynanın istənilən, hətta ən vicdansız tələblərini dəstəklədiklərini nəzərə alsaq, bu instansiyadan fərqli qərar gözləmək çətin idi.

Nazirlik həmçinin bəyan edib ki, Hollandiyanın məhkəmə sistemi çoxdan qərəzsiz və ədalətli ədalət mühakiməsi standartlarına cavab verməyi dayandırıb, o, yalnız özünün, indi isə Kiyev hakimiyyətinin siyasi sifarişlərinə xidmət göstərməklə məşğuldur.

Xatırladaq ki, iyunun 9-da məlum olub ki, Niderlandın Ali Məhkəməsi Amsterdam Apellyasiya Məhkəməsinin skif qızıllarının kolleksiyasının Ukraynaya verilməsi barədə qərarını qüvvədə saxlayıb.

26 oktyabr 2021-ci ildə Amsterdam Apellyasiya Məhkəməsi bu tarixi əmlakın Ukraynaya verilməsi barədə qərar çıxarıb. 2022-ci ilin yanvarında Krım muzeyləri bu qərardan Hollandiyanın Ali Məhkəməsinə kassasiya şikayəti verib. Taurida Mərkəzi Muzeyinin baş direktoru Andrey Malgin bildirib ki, Niderlandın baş prokurorunun skif qızılının Ukraynaya verilməsi barədə qərarı ədalətsiz və qərəzlidir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerika Viper helikopterləri uzaq mənzilli raket alacaq
Tramp Bayden administrasiyasını “Gestapo” adlandırdı
Putin pravoslav rusları Pasxa bayramı münasibətilə təbrik edib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO