Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90607
az

Rusiyanın Voronej şəhərində PUA mənzilin üzərinə düşüb: 3 nəfər xəsarət alıb

14:1509 İyun, 2023
70
DÜNYA
  • A

Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında, Voronej şəhərində pilotsuz uçuş aparatının (PUA) mənzilə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,Voronej qubernatoru Aleksandr Qusev verdiyi  açıqlamada mülki əhalinin yaşadığı yaşayış binasına çırpıldığını bildirib.

İHA-nın zərbəsi nəticəsində ətrafa səpələnmiş şüşə qırıqları nəticəsində 3 nəfərin yaralandığı barədə məlumatı paylaşan Qusev, bölgədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çalışdığını bildirib.

Kremlin sözçüsü Dmitriy Peskov hadisə ilə bağlı açıqlamasında "Ukrayna mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir" ifadəsini işlədib.

Mətbuata əks olunan görüntülərdə mənzildə ən azı 3 mərtəbənin zədələndiyi görünür.

Rusiya bir müddətdir müxtəlif bölgələrdə həyata keçirilən pilotsuz təyyarə hücumlarına görə Ukrayna tərəfini ittiham edir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi