Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90566
az

Çin ABŞ-ı izləmək üçün Kubada baza quracaq

23:2908 İyun, 2023
105
DÜNYA
  • A

Çinin ABŞ-la bağlı casusluq fəaliyyətini həyata keçirmək üçün Havana rəhbərliyi ilə Kubada baza qurma mövzusunda prinsipial razılığa gəldiyi iddia edilib.

 

Oxu24.com xəbər verir ki,Wall Street Journal (WSJ) qəzeti yazıb ki, yüksək məxfi kəşfiyyat məlumatlarına bələd olan ABŞ rəsmiləri Çinin Kubada elektron dinləmə obyekti yaratmaq üçün Havana ilə əlbir olduğunu bildirib.

 

Müvafiq olaraq, Çin kəşfiyyat xidmətləri ABŞ-ın Florida ştatından təxminən 100 mil (161 kilometr) məsafədə yerləşən Kubada e-poçt, telefon danışıqları və peyk mesajları kimi elektron rabitələrə əlavə olaraq bir çox dinləmə obyekti qurduqları cənub-şərq ştatlarında ABŞ hərbi bazalarının yerləşdiyi xətt gəmilərin hərəkətinə də nəzarət edə biləcək.

 

Bunun müqabilində Çin nağd pul sıxıntısı yaşayan Kubaya “bir neçə milyard dollar” ödəyəcək. WSJ hesabatında iki ölkənin bu çərçivədə "prinsipcə" razılığa gəldiyi iddia edilib.

 

Xəbərdə Pekin-Havana xəttindəki bu inkişafın Co Bayden administrasiyasını təşvişə saldığı da iddia edilib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi bu xəbərlə bağlı konkret şərh verməkdən çəkinsə də, Çinin ABŞ da daxil olmaqla bütün dünyada hərbi məqsədlər üçün istifadə oluna biləcək infrastruktur investisiya fəaliyyətləri ilə məşğul olduğunun fərqində olduqlarını bildirib.

 

Kirbi Çinin bu cür fəaliyyətini yaxından izlədiklərini və buna qarşı çıxmaq üçün həm ABŞ-da, həm də dünyada lazımi addımları atdıqlarını bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi