Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90428
az

Vaqnerin rəhbəri Putindən 200 min əsgər istədi

12:4807 İyun, 2023
87
DÜNYA
  • A

Wagner PMC-nin təsisçisi, iş adamı Yevgeni Priqojin Ukraynanın əks-hücumları zamanı işğal olunmuş ərazilərin bir hissəsinin Rusiya tərəfindən itiriləcəyini proqnozlaşdırıb və bunun qarşısını almaq üçün ona 200 min əsgər ayrılmasını xahiş edir.

Oxu24.com xəbər verir  ki,onun açıqlamalarını The Moscow Times nəşri yayıb.

"PMC "Vaqner" bu gün təyyarələr, vertolyotlar, tanklar, artilleriya və lazım olan hər şeyə sahib olan yeganə tam hüquqlu ordu quruluşudur .Nəyisə etməyə qadirdir. Dedim ki, mənə 200 min adam lazımdır. Luqansk-Donetsk cəbhə xəttində 200 mindən az adam öhdəsindən gələ bilməyəcək. Biz bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”, - deyən Priqojin yeganə problemin qoşunları silah və sursatla təmin etmək olduğunu bildirib.


Vaqner PMC-nin rəhbəri prezident Vladimir Putini Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşçülərin cəlb edilməsi üçün ümumi səfərbərlik elan etməyə çağırıb. Eyni zamanda, o qeyd edib ki, onların hazırlanması ən azı üç ay çəkəcək, əks halda bu, “top yemi olacaq”.

Eyni zamanda, o qeyd edib ki, təcili hərəkətə keçmək lazımdır, çünki Ukrayna Silahlı Qüvvələri “artıq müdafiə xəttini yarıb”.

Priqojin növbəti dəfə Müdafiə Nazirliyini tənqid edib və bildirib ki, idarənin rəhbərliyi vəziyyətin ciddiliyini dərk etmir və onu düzəltmək iqtidarında deyil. “.İndi biz ciddi itkilər verəcəyik, buna tam əminəm. Biz əlbəttə ki, ərazilərin bir hissəsini itirəcəyik ",- deyə Priqojin xəbərdarlıq edib.

Onun sözlərinə görə, Baxmutun şimalındakı Razdolivka yaxınlığındakı mövqelər artıq itirilib və Zaporojye istiqamətində baş verənləri ümumilikdə “fəlakət” kimi xarakterizə etmək olar.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb
Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı