Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90406
az

İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən açılıb

23:2806 İyun, 2023
85
DÜNYA
  • A

İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan normallaşma razılaşması çərçivəsində İranın Ər-Riyaddakı səfirliyi 7 ildən sonra iki ölkə rəsmilərinin də iştirak etdiyi rəsmi mərasimlə yenidən açılıb.

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki,mərasimdə İran Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə müavini Əli Rza Beqdeli və İranın Ciddədəki müvəqqəti nümayəndəsi Həsən Zərnağari iştirak ediblər.

Nazirliyin sözçüsü Nasser Kenani də Ciddədəki konsulluğun və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) daimi nümayəndəliyinin çərşənbə axşamı və çərşənbə günləri rəsmi olaraq açılacağını açıqlayıb.

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə ruhanisi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb. 

Ər-Riyad administrasiyası buna cavab olaraq İranla bütün diplomatik əlaqələri kəsmək qərarına gəlib. Martın 10-da Çinin paytaxtı Pekində keçirilən görüşdən sonra İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə olunub.

Əldə edilən razılaşma çərçivəsində iki ay ərzində İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpa ediləcəyi və iki ölkənin qarşılıqlı olaraq səfirlik və nümayəndəliklərini açacağı bildirilib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
Almaniya Daxili İşlər Nazirliyi ukraynalıları  çağırışdan xilas etməkdən imtina edib
Əl-Cəzirə İsraildəki filialının bağlanmasına münasibət bildirib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü