Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90346
az

Baltikyanı ölkələr Ukraynada bəndin bombalanmasına reaksiya verib

13:3506 İyun, 2023
76
DÜNYA
  • A

Litva prezidenti Gitanas Nauseda Ukraynadakı Kahovka bəndinin bombalanmasını "Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş və görünməmiş hücumu" adlandırıb.

Oxu24.com xəbər  verir  ki, Litva prezidenti Gitanas Nauseda özünün Twitter hesabında yazdığı paylaşımda Rusiyanı hədəf alıb.

Ukraynada Kahovka bəndinin bombalanmasının "Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş bir hücumu" olduğunu ifadə edən Nauseda, "Böyük bir bəndin çökməsi minlərlə insanı birbaşa təhdid edən bir müharibə cinayətidir.

Bunun üçün Rusiya məsuliyyət daşımalıdır. 

 

Estoniya prezidenti Alar Karis deyib: "Kahovka bəndinin partladılması minlərlə Ukrayna vətəndaşının həyatını təhdid edəcək növbəti terror aktıdır. Bu, Moskvanın hakimiyyətdəki cinayətkarları üçün siyahıda daha bir ittiham olacaq"


Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, sözügedən partlayışın mülki əhali üçün böyük risk və təhlükə yaratdığını vurğulayaraq, "Bu, böyük humanitar və ekoloji fəlakətdir və su təchizatına böyük təsir göstərə bilər. Partlayışın səbəbi araşdırılmalıdır. Biz yaralanan mülki şəxslərə kömək etməyə hazırıq”,-deyib.


Ukraynanın Xerson vilayətində yerləşir; Rusların nəzarətində olan Kahovka Su Elektrik Stansiyası (SES) bombardman edilərək dağıdılıb. Ərazinin su basma təhlükəsi ilə üzləşdiyini qeyd edən Ukrayna hakimiyyəti bəndin vurulmasına görə Rusiya ordusunu məsuliyyət daşıyır.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya  daha bir “Abrams” tankını məhv edib
Finlandiyada NATO-nun Rusiyadan qorxmasından danışdılar
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi