Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90334
az

İran yeni hipersəs raketini nümayiş etdirib

12:3606 İyun, 2023
84
DÜNYA
  • A

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri “Fəttah” hipersəs raketini təqdim edib.

 

Oxu24.com xəbər verir  ki,tədbirdə İran prezidenti İbrahim Rəisi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər.

 

Mərasim zamanı elan edilib ki, raket (JAFB1C005400 işarəsi) 1400 km-ə qədər uçuş məsafəsinə malikdir, istənilən hava hücumundan müdafiə/raketdən müdafiə sistemlərindən yan keçərək onları məhv etməyə qadirdir.

 

İnqilab Keşikçiləri Korpusunun nümayəndələrinin sözlərinə görə, bu raket 13 Mach-dan 15 Mach (saniyədə 4,5-5 km) sürətə qadirdir.

 

Müqayisə üçün qeyd edək ki, Rusiyanın “Kinjal” raketi, yaradıcılarına görə, maksimal sürəti 10-12 Mach təşkil edir.

 

İranlılar iddia edirlər ki, “Fəttah” sürət xüsusiyyətlərinə görə təkcə rusiyalı deyil, həm də amerikalı və çinli analoqlarını üstələyir.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü