Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90255
az

Ukraynalılar Donetsk və Zaporojye vilayətlərində irəliləyirlər

13:2905 İyun, 2023
102
DÜNYA
  • A

Bazar günü, iyunun 4-də Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokal qurudan hücumlar həyata keçirərək məhdud taktiki uğur əldə edib.

Oxu24.com xəbər  verir  ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun  məlumatında deyilir.

İyunun 4-də yayılan geolokasiya görüntüləri mexanikləşdirilmiş Ukrayna qüvvələrinin Rivnopolun şimal-şərqinə doğru irəlilədiyini göstərir.


Rusiya hərbi bloqçuları iddia edirdilər ki, Ukrayna qüvvələri Priyutnoye (Velyka Novoselkadan 15 km cənub-qərb) və Makariyevka (Velyka Novoselkadan 4 km cənub-qərbdə) istiqamətində zərbələr endirib və Bolşanoy Novoselkadan 14 km cənub-qərbdə Novodaryevkanı (Velyka Novoselkadan 14 km cənub-qərb) ələ keçiriblər.

Rusiyalı bloggerlər Ukrayna əsgərlərinin Rusiya müdafiəsinin birinci xəttini keçərək ərazidə 3 km irəlilədiyini iddia ediblər. ISW ekspertləri səhər hesabatı zamanı bu mesajların vizual təsdiqinin olmadığını qeyd edirlər.

Xəbərlərdə həmçinin bildirilir ki, rus qoşunları Levadnoye kəndində mövqelərini itiriblər, baxmayaraq ki, bunun bu yaxınlarda və ya daha əvvəl baş verdiyi məlum deyil.

Bəzi hərbi bloggerlər Ukrayna qüvvələrinin Malaya Tokmaçka (Hulyaipoladan 28 km cənub-şərq) bölgəsində məhdud əks-hücumlara başladığını, Rusiya qüvvələrinin isə Hulyaipole yaxınlığındakı Ukrayna qüvvələrinə hücum edən hava hücumları təşkil etdiyini iddia edib.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı