Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90243
az

İranın tanınmış iş adamı ABŞ-a köçüb

12:3405 İyun, 2023
96
DÜNYA
  • A

İranın tanınmış iş adamı, sağlamlıq imkanları məhdud insanlar üçün veb-sayt əlavəsinin yaradıcısı Vahid Rəcəblu ABŞ-a köçdüyünü elan edib.

Oxu24.com  xəbər verir ki, bu barədə Vahid Rəcəblu instaqram səhifəsində bildirib.

35 yaşlı iş adamı ABŞ-ın Kaliforniya ştatının San-Rafael şəhərinə köçüb.

O, Tehran rejiminin bundan sonra ona mane ola bilməyəcəyini söyləyib: “Onlar artıq mənə əziyyət verə bilməz. Onlar mənə bundan sonra necə davranmağı və necə yaşamağı deyə bilməyəcək”.

Qeyd edək ki, V.Rəcəblu 1988-cı ildə Kərəcdə anadan olub və ABŞ-a köçənə qədər burada yaşayıb. O, “Tovanito” startapının yaradıcısıdır. Serebral beyin atrofiyası xəstəliyindən əziyyət çəkən V.Rəcəblu bədəninin yalnız 2 faizini hərəkət etdirə bilir.

V.Rəcəblu 2016-cı ildə müalicə olunmaq istəyənlər və xidmət təminatçıları arasında körpü kimi “Tovanito” onlayn platformasını yaradıb. Bununla o, 17 birbaşa və minə yaxın isə dolayı iş yeri yaradıb. “Tovanito” vasitəsilə İran vətəndaşlarına səhiyyə, tibb, reabilitasiya, təhsil və dövlət xidmətləri sahələrində xidmət göstərən minə yaxın aktiv xidmət təminatçısı mövcuddur. V.Rəcəblu 14 000-dən çox əlil və əmək qabiliyyətli vətəndaşa “Tovanito”nun onlayn xidmətlərindən istifadə etmək imkanı yaradıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı