Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90164
az

Türkiyənin yeni maliyyə naziri kimdir? —  DOSYE

23:5803 İyun, 2023
157
DÜNYA
  • A

Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə keçirdiyi mətbuat konfransında Prezident Hökümət Sisteminin yeni kabinet üzvlərini açıqlayıb.

 

Oxu24.com xəbər verir  ki, Mehmet Şimşək Prezident Hökümət Sisteminin yeni kabinetində xəzinə və maliyyə naziri olacaq.

Yeni dövrdə Türkiyə iqtisadiyyatını idarə edəcək adlar açıqlanarkən, daha əvvəl nazirlik və iqtisadiyyatdan məsul baş nazirin müavini vəzifələrində çalışmış Mehmet Şimşək Xəzinə və Maliyyə Nazirliyinə təyin edilib.

1967-ci ildə Batmanda anadan olan Şimşək ibtidai və orta təhsilini Batmanın mərkəzində, liseyi isə Gercüşdə tamamlayıb. Şimşək 1988-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin İqtisadiyyat fakültəsini dövr ikincisi olaraq bitirib.

Şimşək 1993-cü ildə Exeter Universitetində maliyyə və iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra Türkiyə, ABŞ və İngiltərənin aparıcı maliyyə qurumlarında çalışan Şimşək 22 iyul 2007-ci il seçkilərində AK Partiyadan Qaziantep Millət vəkili seçildi.

Bu tarixdən sonra qurulan 60-cı Hökumətdə Xəzinədən məsul dövlət naziri olan Şimşək, 2009-cu ilin may ayında açıqlanan kabinet dəyişikliyi ilə Maliyyə Naziri vəzifəsinə təyin edildi. 64-cü Hökumətdə İqtisadiyyatdan məsul Baş nazirin müavini vəzifəsinə təyin edilən Şimşək, AK Partiya sədri və Baş nazir Binəli Yıldırımın sədrliyi ilə qurulan yeni hökumətdə iqtisadiyyatdan məsul Baş nazirin müavini vəzifəsini də icra edib.

İngilis dilini bilən Şimşək evlidir və üç övladı var.

 

Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO