Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89909
az

Boris Conson və Donald Tramp Ukraynadakı müharibəni müzakirə ediblər

23:1726 May, 2023
112
DÜNYA
  • A
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün görüşüblər. Oxu24.com xəbər verir ki, bu barədə britaniyalı siyasətçinin nümayəndəsinə istinadən “Sky News” məlumat yayıb. Bildirilib ki, tərəflərin harada görüşdüyü bəlli olmasa da, danışıqlar Texas və Las-Veqasda dayanan Consonun ABŞ turnesinin fasiləsi zamanı baş tutub. Qeyd edək ki, Boris Conson 2019-cu ilin iyulundan 2022-ci ilin sentyabrına qədər Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışıb və hökumət başçısı kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk aylarının şahidi olub. O, Ukraynaya silah və maliyyə yardımı verilməsini, onun hərbçilərinin təliminin fəal şəkildə yanlısı olub. O bir neçə dəfə Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Donald Tramp isə 2017-2021-ci illərdə ABŞ Prezidenti olub. Lakin 2020-ci ildəki seçkilərdə o demokratlardan olan rəqibi Cozef Baydenə uduzub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Tramp bildirib ki, Ukraynada müharibə onun dövründə olmayacaqdı, baş verənləri Baydenin “zəifliyi və səriştəsizliyi” ilə əlaqələndirib və rəsmi Vaşinqtonu Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət qura bilməməkdə suçlayıb. Eyni zamanda, Tramp ötən ilin payızında ABŞ-də 2024-cü il prezident seçkilərində iştirak etmək planlarını açıqlayıb. Qələbə qazanacağı təqdirdə o, Ukraynadakı münaqişəni “andiçmədən öncə” həll edəcəyinə söz verib. O, Moskva ilə Kiyev arasında sülh danışıqlarının aparılmasının zəruriliyini bir neçə dəfə vurğulayıb. Böyük Britaniyanın keçmiş baş naziri isə əksinə, Rusiya ilə dialoq perspektivinə skeptik yanaşması ilə fərqlənir. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hökuməti bu gün istefa verəcək
Uşakov:
Hakim Trampdan susmağı xahiş edib - SƏBƏB

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO