Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89843
az

Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymaq aşkarlanıb

19:5225 May, 2023
114
DÜNYA
  • A

Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymağı aşkarlayıblar.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz idxal nəticəsində dövlətə 170 milyon dram (441,5 min ABŞ dolları) məbləğində ziyan dəyib.

Məlumata görə, ümumilikdə hüquqi prosedurlardan yan keçməklə 750 min ABŞ dolları dəyərində 280 ton süd məhsulları idxal edilib.

Əməliyyatçılar müəyyənləşdiriblər ki, bir qrup şəxs vergi və rüsumları ödəməkdən yayınmaq məqsədilə cinayət sxemi hazırlayaraq onu tətbiq ediblər.

Onlar qaimələri saxtalaşdıraraq yükün Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası üçün nəzərdə tutulduğunu, dövlətlərarası gizli razılaşmaya əsasən, məhsulların gömrük ödənişlərindən azad edilməli olduğunu bildiriblər. Ona görə də yük maşınlarının sərhədi keçməsinə icazə verilib. Yük İrəvana çatdırılıb. Ancaq Rusiya bazasının anbarlarına getmək əvəzinə, İrəvanda avtodayanacaqda saxlayıblar. Bu müddət ərzində vergi orqanları yükün Rusiya bazası ilə heç bir əlaqəsinin olmadığını öyrəniblər. Bu cinayətdə şübhəli bilinənlər müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ